Xorvatiyalı qapıçı “Fənərbağça”nı tərk edir
Bakı, 30 may, AZƏRTAC
Türkiyənin “Fənərbağça” komandası qapıçısı Dominik Livakoviçlə yollarını ayırmaq qərarına gəlib.
AZƏRTAC Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Fiorentina”da oynamaq istədiyini bildirən xorvatiyalı qolkiper klub rəhbərliyindən icazə alaraq danışıqlar üçün İtaliyaya yollanıb.
İddiaya görə, "sarı-lacivərdlilər" Livakoviçin transferi üçün qarşı tərəfdən 10 milyon avro tələb edir.
Əsas qapıçısının komandanı tərk etmək ehtimalını nəzərə alan İstanbul nəhəngi onun əvəzinə İtaliya A Seriyasında 2024/2025-ci illər mövsümünün qalibi olan “Napoli”nin qolkiperi Aleks Mereti heyətinə qatmağı planlaşdırır.
Qeyd edək ki, Dominik Livakoviç 2023-cü ildən “Fənərbağça”nın formasını geyinir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.10.2026 [17:56]
Azərbaycan Kuboku: “Neftçi”nin 1/8 finaldakı rəqibi bəlli olub
- 28.10.2026 [17:23]
UEFA Gənclər Liqası: “Qarabağ” ilk oyunda Xorvatiya klubuna uduzub
- 28.10.2026 [16:50]
İspaniya Kubokunun 24 oyunu qatar qəzasına görə təxirə salınıb
- 28.10.2026 [16:43]
Premyer Liqa klubları cərimələnib
- 28.10.2026 [16:08]
Azərbaycan Kubokunda 1/8 finalın növbəti iştirakçıları bəlli olub
- 28.10.2026 [15:07]