Xudatda “KamAZ” oğurlayan şəxs saxlanılıb
Xaçmaz, 5 mart, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin əməkdaşları oğurluqda şübhəli bilinən Seymur Qafarzadəni saxlayıblar.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, həmin şəxs rayon ərazisində “KamAZ” markalı yük avtomobilini oğurlayıb. Onun üzərindən psixotrop maddə olan metamfetamin də aşkar olunaraq götürülüb.
Bölmə əməkdaşları tərəfindən keçirilən digər tədbir zamanı Yusif Mirzəyev də saxlanılıb. Həmin şəxsdən isə narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.
Faktlarla bağlı cinayət işləri başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [19:57]
Məktəbli geyimi, sadəcə bir forma deyil…
- 13.10.2026 [19:45]
Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq
- 13.10.2026 [19:41]
Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır
- 13.10.2026 [16:47]
Ucarda narkotik vasitələrdən istifadənin yaratdığı fəsadlardan danışılıb
- 13.10.2026 [16:21]
“PeşəFest-2026”nın növbəti dayanacağı Naxçıvan olub
- 13.10.2026 [15:53]
Şəhid bacısı Zaqatala təhsil sektoruna müdir təyin edilib
- 13.10.2026 [15:37]
Muxtar respublikanın xarici ticarət dövriyyəsi 67 faizdən çox artıb
- 13.10.2026 [15:26]