Xüsusi olimpiyaçı oğlanlar arasında basketbol yarışı keçirilib
Bakı, 8 iyun, AZƏRTAC
Azərbaycan Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə Şağan Olimpiya İdman Kompleksində oğlanlar arasında basketbol üzrə seçmə yarış keçirilib.
AZƏRTAC xəbər verir ki, yarış xüsusi Olimpiya proqramına uyğun olaraq 2 divizionda təşkil edilib. Yekun nəticəyə görə, ən güclü divizionda Xəzər rayonu Sağlamlıq imkanları məhdud valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 nömrəli xüsusi tipli internat məktəbi birinci yerə layiq görülüb. Sumqayıt şəhər inteqrasiya təlimli internat tipli gimnaziya ikinci, Xəzər rayonu E. Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli xüsusi internat məktəbi üçüncü pillədə qərarlaşıblar.
Qeyd edək ki, yığma ən güclü divizionda qalib gələn komandanın bazasında komplektləşdiriləcək və 2023-cü ilin beynəlxalq yarışlarında iştirak etmək şansı qazanacaq.