DÜNYA
Xüsusi Təyinatlı Qüvvələrinin komandanı: Vəziyyət artıq nəzarətə alınıb VİDEO
Bakı, 16 iyul, Elvin Mövsümov, AZƏRTAC
Anadolu Agentliyi dövlət çevrilişi cəhdinin bir müddət əvvəl tutduğu vəzifədən azad edilən Türkiyə Silahlı Qüvvələrinin sabiq müşaviri polkovnik Məhərrəm Kösenin rəhbərliyi ilə planlaşdırıldığı barədə məlumat yayıb.
Türkiyə Silahlı Qüvvələri Xüsusi Təyinatlı Qüvvələrin komandanı canlı yayıma bağlanaraq artıq vəziyyətin nəzarətə alındığını, lakin bir neçə şəhid və yaralının olduğunu bildirib.
Hazırda TRT-nin İstanbul studiyasında və Atatürk hava limanında çevrilişdə iştirak edən hərbi qulluqçular nəzarətə alınıblar.
Əhali ölkənin bütün vilayətlərində meydanlara axışaraq dövlət çevrilişi cəhdinə sərt şəkildə etirazlarını bildirib.
Bir qədər əvvəl isə Ankaranın Gölbaşı qəsəbəsində xüsusi təyinatlı polis bölməsinə edilən hücumda 17 polis əməkdaşının həlak olduğu bildirilib.
İstanbul Polis İdarəsi Respublika Baş Prokurorluğunun təlimatı əsasında istintaqa başlayıb.