Azərbaycan Dövlət İnformasiya Agentliyi

XX yüz il Azərbaycan ədəbiyyatı tarixi çağdaş nəzəri düşüncə axarında

XX yüz il Azərbaycan ədəbiyyatı tarixi çağdaş nəzəri düşüncə axarında

Bakı, 24 aprel, AZƏRTAC

Son illərdə XX yüz ilin sosial-siyasi və ədəbi-kulturoloji mənzərəsi çağdaş elmi yanaşmalar kontekstində daha obyektiv şəkildə dəyərləndirilməyə başlanılıb. Bu bağlamada sosialist realizmi mövqeyindən verilmiş əvvəlki qiymətləndirmələr çağdaş nəzəri baxışlarla yenidən şərh edilir. Müstəqillik dövründə milli ədəbiyyatın mövcud mərhələsinə dair ümumi konseptual yanaşma dəyişib, onun problemlərinin təhlili üçün geniş nəzəri-elmi diskurs formalaşıb. Filologiya elmləri doktoru, professor Bədirxan Əhmədlinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin qərarı ilə “Qanun” nəşriyyatında yayınlanmış üçcildlik “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” (2024-2025) dərsliyi ötən yüz ilin sonlarından başlayaraq çağdaş dönəmədək ədəbi prosesin inkişaf dinamikasını, nəsr, poeziya və dramaturgiyanın əsas mərhələlərini və problemlərini əhatəli şəkildə təqdim edir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Bakı Dövlət Universitetinin professoru Vaqif Sultanlının “XX yüz il Azərbaycan ədəbiyyatı tarixi çağdaş nəzəri düşüncə axarında” başlıqlı məqaləsində yer alıb.

Müəllif bildirir ki, Azərbaycan ədəbiyyatşünaslığında ilk dəfə olaraq bir əsrdən artıq dövrü əhatə edən ədəbi prosesin hadisə və şəxsiyyətləri sistemli şəkildə təhlil obyektinə çevrilib, milli ədəbiyyatda müşahidə olunan yeni meyil və tendensiyalar elmi-nəzəri müstəvidə əsaslandırılıb. İndiyədək ötən yüz ilin ədəbiyyat tarixi bu səviyyədə, yeni metodoloji meyarlar əsasında, konseptual və ardıcıl şəkildə işlənib hazırlanmayıb. Təqdim olunan dərslikdə müstəqillik ideologiyası, müasir mərhələdə təhsil sisteminin qlobal elmi-mədəni dəyərlərlə inteqrasiya istiqamətləri nəzərə alınıb, milli ədəbiyyatın zəngin bədii-estetik potensialı, ədəbi-bədii fikrin inkişaf dinamikası, qarşıya çıxan problemlər və əsas təmayüllər geniş və əhatəli şəkildə işıqlandırılıb.

Məqalədə qeyd olunur ki, dərsliyin I cildində Azərbaycan ədəbiyyatı tarixinin nisbətən az tədqiq olunan 1890-1920-ci illər dövrünün ədəbi hadisələri, istiqamətləri və keyfiyyət özəllikləri yeni elmi-nəzəri prinsiplər və metodoloji yanaşmalar kontekstində araşdırılır. Sözügedən mərhələ uzun illər sosialist realizmi ideoloji platforması çərçivəsində öyrənilib, bu isə ədəbi prosesin çoxşaxəli mahiyyətinin və aparıcı nümayəndələrin yaradıcılığının müasir elmi düşüncə prizmasından obyektiv şəkildə dəyərləndirilməsinə imkan verməyib. Dərslikdə təqdim edilən ümumi icmallar, analitik təhlillər və portret oçerklər yeni nəzəri-metodoloji yanaşmanın tətbiqi ilə səciyyələnir. Bununla yanaşı, dövrün milli hərəkat kontekstində ictimai-siyasi, tarixi və ədəbi-kulturoloji gəlişmələri bütöv şəkildə nəzərdən keçirilir; xalqın siyasi potensialının üzə çıxması, milli şüurun formalaşması prosesində bədii təfəkkürün rolu kimi fundamental məsələlərə yeni nəzəri baxış bucağından yanaşılır. Bu yanaşma bütövlükdə Azərbaycan ədəbiyyat tarixinin daha obyektiv və hərtərəfli şəkildə dərkinə xidmət edir.

Dərsliyin II cildində Azərbaycan ədəbiyyatı tarixinin nisbətən az öyrənilmiş mərhələlərindən biri – 1920-1960-cı illəri əhatə edən dövrün ədəbi prosesi geniş şəkildə araşdırılır. Bu mərhələdə ədəbi mühitin ideoloji transformasiyası, milli təmayülçülük və cümhuriyyətçilik ideyalarının tədricən beynəlmiləlçilik prinsipləri ilə əvəzlənməsi, mədəniyyətin qarşısına qoyulan yeni funksional tələblər və senzura şəraitində fəaliyyət göstərən mətbuatın xarakteri diqqət mərkəzinə çəkilir.

Dərsliyin üçüncü cildində isə Azərbaycan ədəbiyyatının 1960-2000-ci illər mərhələsi hadisələr, istiqamətlər və aparıcı ədəbi şəxsiyyətlər müstəvisində kompleks şəkildə dəyərləndirilir.

Hər bir cildin yekun bölməsində Azərbaycanın Güneyində cərəyan edən ictimai-siyasi proseslərin dinamikası, ədəbiyyatın inkişaf mərhələləri, ədəbi mühitin xüsusiyyətləri və milli düşüncə azadlığının bədii təfəkkürdə təzahür formaları sistemli şəkildə ümumiləşdirilir. Bununla yanaşı, həmin dövrün görkəmli ədəbi simalarına həsr olunmuş ayrıca portret oçerklər təqdim edilir.

Müəllif hesab edir ki, son yarım əsrə yaxın müddətdə ədəbiyyat tarixinin bu mərhələsinin əsas inkişaf tendensiyalarının və problemlərinin dərsliklərdə yetərincə əksini tapmaması, bəhs olunan nəşrin elmi-nəzəri əhəmiyyətini daha da artırır. Sovet siyasi rejimi dönəmi ədəbiyyatşünaslığının ideoloji yanaşmaları və beynəlmiləlçi interpretasiya çərçivəsi daxilində formalaşmış dəyərləndirmələrin yenidən nəzərdən keçirilməsi, ədəbi fakt və hadisələrin müasir elmi metodologiya əsasında çözümünü zəruriləşdirir. Bu baxımdan dərslikdə XX əsr Azərbaycan ədəbiyyatı vahid və fasiləsiz ədəbi proses kimi araşdırılır; çünki ədəbiyyat tarixinin yazılması, mahiyyət etibarilə, xalqın bədii düşüncə tarixinin rekonstruksiyası deməkdir və bu isə yalnız ədəbi prosesin bütövlükdə, sistemli şəkildə tədqiqi ilə mümkündür. Həmçinin müvafiq dövrün ictimai-siyasi, tarixi və ədəbi konteksti obyektiv elmi meyarlar əsasında təhlil edilir, ayrı-ayrı inkişaf mərhələlərinin spesifik xüsusiyyətləri müəyyənləşdirilir və ədəbi nümunələrə yeni nəzəri-estetik baxış formalaşdırılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?

Umud Mirzəyev: BMT Komitəsinin sənədində itkin azərbaycanlılarla bağlı mühüm məsələlər yer alıb

® ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

Şəhərlərarası 5, eləcə də paytaxtın 2 şəhərətrafı marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib

Vüqar Rəhimzadə: YAP VIII Qurultayda qarşıya yeni hədəflər və vəzifələr qoyur

“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb

Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb

Bahar Muradova: Yeni Nizamnamə müasir və çevik partiya quruculuğunun hüquqi əsaslarını müəyyənləşdirir

Ağdam Sənaye Parkında yağ istehsalı müəssisəsi yaradılır

Azərbaycanın dövlət ümumi təhsil müəssisələrində 121 mindən çox müəllim çalışır