Yabanı halda bitmiş 13 mindən çox çətənə kolu aşkarlanaraq məhv edilib
Bakı, 1 iyul, AZƏRTAC
Daxili işlər orqanlarının və Dövlət Sərhəd Xidmətinin əməkdaşları yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkarlanaraq məhv edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Lerik Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən Orand kəndi ərazisində 17 hektar sahədə yabanı halda bitmiş 3,3 tona yaxın çəkisi olan 13 min 72 çətənə kolu müəyyənləşdirilib.
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən isə Cəyirli kəndi ərazisində yabanı halda bitmiş ümumi çəkisi 280 kiloqram olan 230 çətənə kolu aşkarlanıb.
Çətənə kolları yandırılaraq məhv edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]