Yamaykalı atlet karyerasında dünya çempionatlarında 10-cu qızıl medalını qazanıb
Bakı, 19 iyul, AZƏRTAC
Yamayka idmançısı Şelley-Anne Freyzer-Prays karyerasında dünya çempionatlarında 10-cu qızıl medalını qazanıb.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, 35 yaşlı atlet ABŞ-ın Oreqon ştatının Yucin şəhərində keçirilən dünya çempionatında 100 metr məsafəyə qaçış yarışlarında qalib adını qazanıb. Ümumilikdə onun dünya çempionatlarında 12 medalı var. Onlardan 10-nu qızıl, 2-si isə gümüş medaldır.
Şelley-Anne Freyzer-Prays 2009-cu ildən (13 ildir) fasiləsiz olaraq dünya çempionatlarında mükafatçılar siyahısında yer alır.
O, həmçinin Olimpiya Oyunlarında 3 qızıl, 4 gümüş və 1 bürünc medala sahib olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]
İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib
- 05.10.2026 [14:50]