YAN KALİTSKİ (ABŞ Prezidenti Bill Klintonun nümayəndəsi):
“Bakının dənizkənarı parkında atəşfəşanlığı müşahidə edərkən ABŞ-ın müstəqillik günü olan 4 iyun günü yadıma düşdü. Burada, Bakıda olduğu kimi, hər il iyun ayının 4-də biz də öz ölkəmizin müstəqilliyinin bayramı şərəfinə atəşfəşanlıq edirik. Tamamilə qanunauyğun haldır ki, məhz bu gün həm Azərbaycanın müstəqillik günü, həm də Heydər Əliyevin Prezident seçilməsi münasibətilə andiçmə mərasimi günüdür. Azərbaycanın azadlığı naminə hamıdan çox məhz Heydər Əliyev vuruşmuşdur. Cənab Prezident Siz Azərbaycan üçün çox böyük işlər görmüsünüz. Siz öz fəaliyyətinizi təkcə Azərbaycanla məhdudlaşdırmayıb, bütün regionda, dünyanın bu bölgəsində də sülhün, əmin-amanlığın bərqərar olması üçün var qüvvənizlə çalışmısınız. Tamamilə qanunauyğun haldır ki, məhz Siz Bakıda tarixi İpək yolunun bərpasına dair beynəlxalq konfrans təşkil etdiniz və bu konfransda çoxsaylı nümayəndə heyətləri iştirak etdilər.
Şübhəsiz ki, Sizin keçən il ABŞ-a etdiyiniz həddən ziyadə gözəl səfərinizi də xatırlamaya bilmirəm. ABŞ-a səfəriniz zamanı Siz Azərbaycan həqiqətlərinin Amerikada yayılması, Azərbaycanın daha da yaxşı başa düşülməsi və ölkənizin mövqelərinin aydınlaşması üçün çox böyük işlər gördünüz. Cənab Heydər Əliyev, siz Azərbaycanın, bütün regionun böyük lideri, Amerika-Azərbaycan dostluğunun təcəssümüsünüz”.