YANĞIN DÖRD NƏFƏRİN HƏYATINA SON QOYDU
Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin ictimaiyyətlə əlaqələr mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, oktyabrın 29-u saat 01.25 radələrində Cəlilabadın Həzi Aslanov küçəsində yaşayan Allahverdi Hacıyevə məxsus ümumi sahəsi 250 kvadratmetr olan 4 otaqlı evdə yanğın baş vermişdir. Nəticədə ev əşyaları ilə birlikdə yanmışdır. Yanğın söndürüldükdən sonra evdən 85 yaşlı Allahverdi Hacıyevin, həyat yoldaşı Gültamamın, nəvələri 1982-ci il təvəllüdlü Hacıyev Zəka və 1991-ci ildə anadan olmuş Sultanov Farizin meyitləri tapılmışdır. Hadisənin başvermə səbəbləri müəyyənləşdirilir.
Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.