YANĞIN EV SAHİBİNİN ÖLÜMÜNƏ SƏBƏB OLDU
Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin ictimaiyyətlə əlaqələr mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, Naxçıvan Muxtar Respublikası Babək rayonunun Qaraçuq kəndinin sakini Sabir Qurbanova məxsus, ümumi sahəsi 48 kvadratmetr olan birmərtəbəli evdə yanğın baş vermişdir. Yanğınsöndürənlər hadisə yerindən ev sahibinin meyitini aşkar etmişlər.
Rayon prokurorluğunda faktla bağlı təhqiqat aparılır.