YANĞINDAN MÜHAFİZƏ TƏDBİRLƏRİ GÖRÜLÜR
330 kilovoltluq 1-ci Abşeron, 500 kilovoltluq 2-ci Abşeron, 220 kilovoltluq Ağsu-Qəbələ və 330 kilovoltluq Dərbənd dövlətlərarası elektrikötürücü xətlərinin keçdiyi ərazilərdə təhlükəsizlik tədbirlərinə əməl edilməsinə nəzarəti gücləndirmək məqsədi ilə yerli icra və hüquq mühafizə orqanlarına müvafiq məktublar göndərilmişdir.
Hazırda elektrikötürücü xətlərin keçdiyi sahələr yanğın təhlükəsi yarada bilən otlardan təmizlənir, digər profilaktik tədbirlər görülür.