YANĞINLAR NƏTİCƏSİNDƏ 17 NƏFƏR HƏLAK OLMUŞDUR
Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsindən AZƏRTAC-a verilən məlumata görə, cari ilin 9 ayı ərzində respublika ərazisində 1903 yanğın hadisəsi baş vermişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 84 fakt azdır. Nəticədə, 17 nəfər həlak olmuş və 5 milyard 687 milyon 557 min 543 manat maddi ziyan dəymişdir.