YANVAR-APREL AYLARINDA NEFT İXRACI 60,7 FAİZ ARTMIŞDIR
AZƏRTAC xəbər verir ki, cari ilin yanvar-aprel aylarında Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) 5 milyon 507 min ton neft ixrac etmişdir. Bu, 2005-ci ilin eyni dövrünün göstəricisindən 60,7 faiz çoxdur. Hesabat dövründə Bakı-Supsa boru kəməri ilə ABƏŞ-in nəql etdiyi neftin həcmi 2 milyon 333 min ton olmuşdur. Bunun 604,36 min tonu aprel ayının payına düşür. Bu ilin ilk dörd ayında Bakı-Novorossiysk kəməri ilə 1 milyon 335,196 min ton neft ixrac edilib ki, bu da ötən ilin yanvar-aprel aylarının göstəricisindən 3,3 dəfə çoxdur. Apreldə isə şimal istiqamətində 340,86 min ton neft nəql olunmuşdur. İlin əvvəlindən dəmir yolu xətti ilə Gürcüstanın Batumi limanına 1 milyon 839 min ton, o cümlədən aprel ayında 524,293 min ton neft göndərilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [13:40]
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 20 faizdən çox artıb
- 12.10.2026 [13:20]
Avropada qazın qiyməti həftəyə artımla başlayıb
- 12.10.2026 [12:45]
“Rəqəmsal Üfüqlər” Milli Rəqəmsal Savadlılıq Təlim Proqramı başlayır
- 12.10.2026 [12:23]
Bu il istehlakçılara 157,2 milyon manatadək ƏDV qaytarılıb
- 12.10.2026 [12:09]