Yanvar-avqust aylarında Azərbaycanda 76 minə yaxın körpə doğulub
Bakı, 11 oktyabr, AZƏRTAC
Səkkiz ay ərzində Azərbaycanda 75 min 623 körpə doğulub. Əhalinin hər 1000 nəfərinə doğulanların sayı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 12,3-dən 11,2-yə enib.
AZƏRTAC Dövlət Statistika Komitəsinə istinadla bildirir ki, doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,3, qız uşaqlarının xüsusi çəkisi isə 46,7 faiz olub. Körpələrin 2 min 288-i əkiz, 99-u üçəm, 4-ü isə dördəm doğulanlardır.
Yanvar-avqust ayları ərzində ölkədə 40 min 472 ölüm halı qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə həmin göstərici azalaraq 6,2-dən 6-ya düşüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 02.10.2026 [19:23]
“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar
- 02.10.2026 [18:33]
Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub
- 02.10.2026 [18:14]