YANVAR QIRĞINI XALQIMIZIN MÜBARİZƏ ƏZMİNİ QIRA BİLMƏDİ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, mərasimdə səfir Aydın Əzimbəyov 1990-cı il yanvarın 20-də sovet imperiyasının Azərbaycan xalqına qarşı törətdiyi vəhşilikdən danışmış və demişdir ki, həmin müdhiş gecədə həlak olan igid oğlan və qızlarımız Azərbaycanın azadlığı və suverenliyi uğrunda şəhid olaraq adlarını tarixə yazdılar.
Azərbaycanın və Özbəkistanın xalq artisti Firidun Səfərov, Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyasının sədri Akif Ağatalıbov, soydaşlarımızdan Süleyman Məmmədov, Həmid Hüseynov və başqaları çıxışlarında faciənin acı nəticələrindən söz açmış, xalqımızın mübarizə əzmini qıra bilməyən bu qanlı hadisənin günahkarlarını ittiham etmişlər.
Sonda iştirakçılara 20 Yanvar faciəsi ilə bağlı məlumatlar toplusu paylanmış, Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyası tərəfindən ehsan verilmişdir.