Yanvarın 10-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
soyuq hava şəraitinin davam edəcəyi, arabir qar yağacağı gözlənilir.
Temperatur gecə və gündüz 1° istidən 2°-dək şaxta olacaqdır.
Bakıda gecə və gündüz 1° istidən 1°-dək şaxta olacağı gözlənilir.
Atmosfer təzyiqi 758 millimetr civə sütunundan 767 millimetr civə sütununadək yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcəkdir.
Yollar buz bağlayacaqdır.
Naxçıvan Muxtar Respublikasında
arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı vardır.
Temperaturun gecə 1-6° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
Yollar buz bağlayacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən, Gədəbəy rayonlarında
arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı vardır.
Temperatur gecə 7-12° şaxta, gündüz 0-5° şaxta olacaqdır.
Yollar buz bağlayacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-
Cəbrayıl rayonlarında
arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı vardır.
Temperaturun gecə 2-5° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.
Yollar buz bağlayacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı vardır.
Temperatur gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 1°-dək isti , dağlarda gecə 8-13° şaxta, yüksək dağlıq ərazilərdə 15-20° şaxta, gündüz 2-7° şaxta olacaqdır.
Yollar buz bağlayacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,
Neftçala rayonlarında
arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı vardır.
Temperatur gecə 0-5° şaxta, gündüz 0-5° isti olacaqdır.
Yollar buz bağlayacaqdır.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı vardır.
Temperaturun gecə 0-4° şaxta, gündüz 1-5° isti, dağlarda gecə 2-5° şaxta, gündüz 2° şaxtadan 1°-dək isti olacağı gözlənilir.
Yollar buz bağlayacaqdır.
Xəbərdarlıq
Gözlənildiyi kimi respublikanın şimal və qərb rayonlarından başlayaraq hava şəraiti dəyişmiş, yanvarın 8-də axşam və yanvarın 9-da gecə və səhər intensiv qar müşahidə olunmuşdur. Yanvarın 10-da hava şəraitinin daha da kəskinləşəcəyi, şaxtalı keçəcəyi, ölkə ərazisində qar yağacağı, bəzi rayonlarda intensivləşəcəyi, yolların buz bağlayacağı gözlənilir.