CƏMİYYƏT
Yanvarın 11-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
səhər qarın tədricən kəsiləcəyi gözlənilir.
Temperatur gecə 0-3° şaxta, gündüz 0-3° isti olacaqdır.
Bakıda gecə və gündüz 1° istidən 2°-dək şaxta olacağı gözlənilir.
Atmosfer təzyiqi 758 millimetr civə sütunundan 765 millimetr civə sütununadək yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcəkdir.
Yollar buz bağlayacaqdır.
Naxçıvan Muxtar Respublikasında
qar yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz olacağı gözlənilir.
Temperaturun gecə 3-8° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında
qar yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 9-14° şaxta, gündüz 0-5° şaxta olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli- Cəbrayıl rayonlarında
qar yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperaturun gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
qar yağacağı, səhər tədricən kəsiləcəyi gözlənilir.
Temperatur gecə 3-8° şaxta, gündüz 0-3° şaxta , dağlarda gecə 10-15° şaxta, yüksək dağlıq ərazilərdə 15-20° şaxta, gündüz 3-8° şaxta olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.
Temperatur gecə 0-5° şaxta, gündüz 0-5° isti olacaqdır.
Yollar buz bağlayacaqdır.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.
Temperaturun gecə 0-5° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Yanvarın 11-də Abşeron yarımadasında soyuq diskomfort şəraitə baxmayaraq oksigenlə daha zəngin və təmiz havanın üstünlüyü müsbət amildir. Yanvarın 12-13-də meteoroloji amillərin zəif və mülayim dəyişikliyi meteohəssas insanlar üçün nisbətən əlverişlidir.