Yanvarın 13-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, səhər və axşam bəzi yerlərdə duman olacağı gözlənilir.
Temperatur gecə 0-3° isti, gündüz 5-9° isti olacaqdır.
Bakıda gecə 1-3° isti, gündüz 6-8° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 769 millimetr civə sütunundan 763 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 80-90 faiz, gündüz 65-70 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
havanın əsasən yağmursuz olacağı gözlənilir.
Temperaturun gecə 9-14° şaxta, bəzi yerlərdə 16°-dək şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən, Gədəbəy rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 10-15° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.
Yollar buz bağlayacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-
Cəbrayıl rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperaturun gecə 4° şaxtadan 1°-dək isti, gündüz 3-8° isti olacağı gözlənilir.
Gecə və səhər yollar buz bağlayacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 2-7° şaxta, gündüz 2-7° isti, dağlarda gecə 10-15° şaxta, yüksək dağlıq ərazilərdə 18-23° şaxta, gündüz 4° şaxtadan 1°-dək isti olacaqdır.
Yollar buz bağlayacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,
Neftçala rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti olacaqdır.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər dağlarda duman olacaqdır.
Temperaturun gecə 1° şaxtadan 2°-dək isti, gündüz 6-9° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 1-6° isti olacağı gözlənilir.
Gecə və səhər yollar buz bağlayacaqdır.