Yanvarın 14-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
buludlu havanın üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qara keçəcəyi gözlənilir.
Temperatur gecə 1-3° isti, gündüz 3-6° isti olacaqdır.
Bakıda gecə 1-3° isti, gündüz 3-5° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 765 millimetr civə sütunundan 773 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 85-90 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
havanın yağıntılı olacağı, dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı vardır.
Temperaturun gecə 8-13° şaxta, bəzi yerlərdə 15°-dək şaxta, gündüz 2° şaxtadan 3° -dək isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında
arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə isə duman olacaqdır.
Temperatur gecə 9-14° şaxta, gündüz 4° şaxtadan 1°-dək isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli- Cəbrayıl rayonlarında
havanın fasilələrlə yağıntılı olacağı, sulu qar, dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı vardır.
Temperaturun gecə 0-5° şaxta, gündüz 0-4° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
arabir yağıntılı olacağı, sulu qar, bəzi ərazilərdə isə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2° -dək isti, dağlarda gecə 10-15° şaxta, yüksək dağlıq ərazilərdə 15-20° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
havanın fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaqdır.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
arabir yağıntılı olacağı, sulu qar, bəzi ərazilərdə isə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-7° isti, dağlarda isə gecə 9-14° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir.