Yanvarın 15-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın gündüz dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 1° şaxtadan 2°-dək isti, gündüz 4-9° isti olacaqdır.
Bakıda gecə 0-2° isti, gündüz 6-8° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 768 millimetr civə sütunundan 773 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 85-95 faiz, gündüz 65-75 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
havanın gündüz əsasən yağmursuz olacağı gözlənilir.
Temperaturun gecə 9-14° şaxta bəzi yerlərdə 16-20° şaxta, gündüz 0-5° isti, bəzi yerlərdə 2° şaxta olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən, Gədəbəy rayonlarında
havanın gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 5-10° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-
Cəbrayıl rayonlarında
havanın gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperaturun gecə 4° şaxtadan 1°-dək isti, gündüz 4-9° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
havanın gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin yanvarın 14-dən 15-nə keçən gecə və səhər bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 0-5° şaxta, gündüz 3-8° isti, dağlarda gecə 8-13° şaxta, yüksək dağlıq ərazilərdə 15-20° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,
Neftçala rayonlarında
havanın gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-10° isti olacaqdır.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
havanın gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin yanvarın 14-dən 15-nə keçən gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, sulu qar, qar yağacağı ehtimalı vardır. Dağlarda duman olacaqdır.
Temperaturun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 6-10° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-4° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Yanvarın 15-də Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, yanvarın 16-sı gündüz və 17-də atmosfer təzyiqinin xeyli enməsi fonunda güclü gilavar küləyi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.