Yanvarın 16-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın gündüz dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 1-3° isti, gündüz 6-11° isti olacaqdır.
Bakıda gecə 1-3° isti, gündüz 8-10° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 775 millimetr civə sütunundan 766 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 80-85 faiz , gündüz 60-65 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
havanın əsasən yağmursuz olacağı gözlənilir. Bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 9-14°, bəzi yerlərdə 15-20° şaxta, gündüz 0-5° isti, bəzi yerlərdə 2°-dək şaxta olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən, Gədəbəy rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 5-10° şaxta, gündüz 1-6° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-
Cəbrayıl rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaqdır.
Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 1-6° şaxta, gündüz 5-10° isti, dağlarda gecə 8-13° şaxta, yüksək dağlıq ərazilərdə 15-20° şaxta, gündüz 1-6° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,
Neftçala rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaqdır.
Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti olacaqdır.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər dağlarda duman olacaqdır.
Temperaturun gecə 0-5° isti, gündüz 7-12° isti, dağlarda gecə 6-11° şaxta, gündüz 2-6° isti olacağı gözlənilir.