Yanvarın 18-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 0-3° isti, gündüz 6-11° isti olacaqdır.
Bakıda gecə 1-3° isti, gündüz 9-11° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 757 millimetr civə sütunundan 764 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 80-85 faiz, gündüz 60-65 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
havanın əsasən yağmursuz olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 8-13°, bəzi yerlərdə 15-19° şaxta, gündüz 2-7° isti, bəzi yerlərdə 4°-dək şaxta olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən, Gədəbəy rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 4-9° şaxta, gündüz 2-7°, bəzi yerlərdə 9°-dək isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-
Cəbrayıl rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 1-6° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 2-7° şaxta, gündüz 3-8° isti, dağlarda gecə 7-12° şaxta, yüksək dağlıq ərazilərdə 13-18° şaxta, gündüz 0-5° şaxta olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,
Neftçala rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 2° şaxtadan 3°-dək isti, bəzi yerlərdə 4°-dək şaxta, gündüz 7-12° isti olacaqdır.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Dağlarda duman olacaqdır.
Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Yanvarın 20-dək Abşeron yarımadasında atmosfer təzyiqinin dəyişikliyi, arabir güclənən gilavar və xəzri küləklərinin bir-birini əvəz etməsi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.