CƏMİYYƏT
Yanvarın 20-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam havanın tutqun, gecəyə doğru bəzi yerlərdə az çiskinli olacağı ehtimalı vardır.
Temperatur gecə 2-5° isti, günün birinci yarısında 9-14°, axşama doğru 5-7° isti olacaqdır.
Bakıda gecə 2-4° isti, günün birinci yarısında 10-12°, axşama doğru 5-7° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 764 millimetr civə sütunundan 757 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 80-90 faiz , gündüz 55-65 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 8-13°, dağlıq ərazilərdə 14-19° şaxta, gündüz 1-6° isti, bəzi yerlərdə 2°-dək şaxta olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir.
Temperatur gecə 3-8° şaxta, gündüz 4-9° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağıntılı olacağı, sulu qar yağacağı gözlənilir.
Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 10-15° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
axşam və gecə bəzi yerlərdə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 13-18° şaxta, gündüz 2-7° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaqdır. Lakin axşam az yağıntılı olacağı gözlənilir.
Temperatur gecə 1° şaxtadan 4°-dək isti, bəzi yerlərdə 4°-dək şaxta, gündüz 12-17° isti olacaqdır.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər dağlarda duman olacaqdır. Lakin axşam bəzi yerlərdə yağıntılı olacağı, dağlıq rayonlarda sulu qar yağacağı gözlənilir
Temperaturun gecə 2-5° isti, gündüz 10-15° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.