Yanvarın 22-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 3-5° isti, gündüz 13-18° isti olacaqdır.
Bakıda gecə 3-5° isti, gündüz 16-18° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 763 millimetr civə sütunundan 757 millimetr civə sütununadək aşağı enəcək, nisbi rütubət gecə 75-85 faiz, gündüz 55-60 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperaturun gecə 8-10° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən, Gədəbəy rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 0-5° şaxta, bəzi yerlərdə 3°-dək isti gündüz 7-12° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-
Cəbrayıl rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperaturun gecə 1-6° isti, gündüz 14-19° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 3-8° isti, gündüz 12-17° isti, dağlarda gecə 0-5° şaxta, yüksək dağlıq ərazilərdə 7-12° şaxta, gündüz 7-12° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,
Neftçala rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 4-9° isti, gündüz 15-20° isti olacaqdır.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər dağlarda duman olacaqdır.
Temperaturun gecə 4-9° isti, gündüz 15-20° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 10-15° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Yanvarın 22-dən 24-dək Abşeron yarımadasında yazı xatırladan mülayim isti hava şəraiti əhalidə xoş əhval-ruhiyyə yaratsa da, arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda diskomfort hissinə səbəb ola bilər.