Yanvarın 25-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 3-6° isti, gündüz 11-16° isti olacaqdır.
Bakıda gecə 3-5° isti, gündüz 14-16° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 762 millimetr civə sütunundan 757 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-60 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, bəzi yerlərdə 5-8° şaxta, gündüz 7-12° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən, Gədəbəy rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-
Cəbrayıl rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperaturun gecə 3-8° isti, gündüz 12-17° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam duman olacaqdır.
Temperatur gecə 3-8° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-3° şaxta, gündüz 0-3° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,
Neftçala rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 4-9° isti, gündüz 12-17°, bəzi yerlərdə 20°-dək isti olacaqdır.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam dağlarda duman olacaqdır.
Temperaturun gecə 4-9° isti, gündüz 13-17°, bəzi yerlərdə 20°-dək isti, dağlarda gecə 3-7° isti, gündüz 8-13° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Yaxın 2 gün ərzində Abşeron yarımadasında davam edən mülayim isti hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.