Yanvarın 8-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam tutqun olacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 1-4°, gündüz 8-11° isti olacaqdır.
Bakıda gecə 2-4°, gündüz 9-11° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 759 millimetr civə sütunundan 754 millimetr civə sütununadək enəcək, nisbi rütubət gecə 80-90 faiz, gündüz 65-75 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.
Temperaturun gecə 0-5° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən, Gədəbəy rayonlarında
havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.
Temperatur gecə 3-8° şaxta, gündüz 1-6° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-
Cəbrayıl rayonlarında
havanın axşam və gecə yağıntılı olacağı gözlənilir.
Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
havanın axşam və gecə bəzi yerlərdə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.
Temperatur gecə 0-5° şaxta, gündüz 4-9° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 8-13° şaxta, gündüz 0-4° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,
Neftçala rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 1° şaxtadan 4° -dək isti, gündüz 8-13° isti olacaqdır.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər dağlarda duman olacaqdır.
Temperaturun gecə 2-4° isti, gündüz 8-13° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacağı gözlənilir.
Hava şəraitinin dəyişəcəyi haqqında məlumat
Bir neçə gün davam edən mülayim qış havasından sonra yanvarın 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişəcəyi, temperaturun ötən günlərlə müqayisədə 5-10 dərəcə aşağı enəcəyi, axşam yağıntılı olacağı, gecəyə doğru sulu qar yağacağı ehtimal olunur. Yanvarın 10-da fasilələrlə qar yağacağı, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu yanvarın 9-da gecə 1° şaxtadan 2°-dək isti, gündüz 3-5° isti olacaqdır. Yanvarın 10-da gecə və gündüz 1° istidən 2°-dək şaxta olacağı gözlənilir.