Yanvarın 8-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
hava şəraitinin dəyişiləcəyi, soyuq, küləkli, axşam yağıntılı olacağı, sulu qara keçəcəyi gözlənilir.
Temperatur gecə 0°-yə yaxın, gündüz 1-4° isti olacaqdır.
Bakıda gecə 0°-yə yaxın, gündüz 1-3° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 754 millimetr civə sütunundan 757 millimetr civə sütununadək yüksələcək, nisbi rütubət gecə 85-95 faiz , gündüz 70-80 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.
Temperaturun gecə 1-6° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında
arabir qar yağacağı gözlənilir. Axşam bəzi yerlərdə intensiv olacağı ehtimalı vardır.
Temperatur gecə 4-9° şaxta, gündüz 0-4° şaxta olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli- Cəbrayıl rayonlarında
havanın arabir yağıntılı olacağı gözlənilir.
Temperaturun gecə 0-4° şaxta, gündüz 0-4° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz
rayonlarında arabir qar yağacağı gözlənilir.
Temperatur gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti , dağlarda gecə 8-13° şaxta, yüksək dağlıq ərazilərdə 13-17° şaxta, gündüz 2-7° şaxta olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
əsasən axşam və gecə bəzi yerlərdə yağıntılı olacaqdır.
Temperatur gecə 2° şaxtadan 2°-dək isti, gündüz 2-6° isti olacaqdır.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
hava əsasən axşam və gecə bəzi yerlərdə yağıntılı olacağı, sulu qar yağacağı gözlənilir.
Temperaturun gecə 0-2° isti, gündüz 2-5° isti, dağlarda gecə 1-5° şaxta, gündüz 0°-yə yaxın olacağı gözlənilir.