YAP Ağcabədi rayon təşkilatında 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş konfrans keçirilmişdir
Bakı, 31 mart (AZƏRTAC). Martın 31-də Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatı gənclər birliyinin təşkilatçılığı ilə Azərbaycanlıların Soyqrımı Gününə həsr olunmuş konfrans keçirilmişdir.
YAP rayon təşkilatından AZƏRTAC-a bildirmişlər ki, tədbir iştirakçıları əvvəlcə müxtəlif dövrlərdə soyqırımına məruz qalmış azərbaycanlılara qarşı törədilmiş vəhşilikləri əks etdirən şəkillər, həmçinin, kitab və jurnallardan ibarət sərgi ilə tanış olmuşlar.
Sonra iştirakçılara 31 mart soyqrımının gerçəkliklərini əks etdirən təqvim və bukletlər paylanılmışdır.
Konfransda Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatı gənclər birliyinin üzvü Vüsalə Məmmədova məruzə ilə çıxış etmişdir. Məruzəçi 1918-ci ilin martında erməni daşnaklarının Azərbaycanda törətdikləri soyqırımının dəhşətli nəticələrini faktların və rəqəmlərin dili ilə tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Tədbirdə çıxış edənlər erməni millətçilərinin zaman-zaman Azərbaycan xalqına qarşı həyata keçirdikləri insanlığa sığmayan vəhşiliklərindən söhbət açmış, gəncləri daim bu ədalətsizliklərlə mübarizə aparmağa səsləmişlər.
Sonda məktəblilər arasında ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımla bağlı keçirilmiş inşa müsabiqəsinin qaliblərinə diplomlar və hədiyyələr təqdim edilmişdir.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.03.2026 [16:47]
MEK-də Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgi açılıb
- 31.03.2026 [16:23]
Milli yaddaşın qorunması: BMU-da soyqırımı hadisələri geniş təhlil edilib
- 31.03.2026 [14:22]
Xalqımıza qarşı törədilən cinayətlər heç vaxt unudulmayacaq ŞƏRH
- 31.03.2026 [14:15]
31 Mart hadisələri: Azərbaycan xalqının faciəsi və tarixi yaddaşı
- 31.03.2026 [12:35]
1918-ci il soyqırımı erməni vandalizminin qanlı izləridir – ŞƏRH
- 31.03.2026 [12:05]