YAP-ın təsis edilməsinin 30 illiyinə həsr olunmuş minifutbol turnirinə start verilib











Bakı, 15 oktyabr, AZƏRTAC
Oktyabrın 15-də Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyinə həsr olunmuş minifutbol turnirinə start verilib.
YAP-dan AZƏRTAC-a bildiriblər ki, YAP üzvü və bitərəf gənclər arasında sağlam həyat tərzinin təşviqi və həvəskar minifutbolun təbliği məqsədilə keçirilən turnirdə ümumilikdə 900-ə yaxın gənc iştirak edir.
On iki qrupda 72 komandanın mübarizə apardığı turnirin qrup mərhələsinin ilk günündə qalib gələn 36 komanda növbəti mərhələyə vəsiqə qazanıb.