Yaponiya Çin Olimpiadasının diplomatik boykotu ilə bağlı məsələ üzərində düşünəcək
Tokio, 20 noyabr, AZƏRTAC
Yaponiya hökuməti Çində təşkil olunacaq növbəti Qış Olimpiya Oyunlarının mümkün diplomatik boykotu ilə bağlı məsələ üzərində düşünəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə noyabrın 19-da Yaponiyanın Baş naziri Fumio Kişida jurnalistlərin məsələ ilə bağlı ABŞ Prezidenti Co Baydenin mövqeyini şərh etmək barədə xahişlərinə cavab olaraq bildirib.
“Bu məsələ ilə bağlı hər bir ölkənin öz mövqeyi və fikirləri var. Yaponiya bu məsələ üzərində fikirləşəcək”, - deyə Baş nazir qeyd edib.
Xatırladaq ki, bu ərəfədə C.Bayden jurnalistlərə ABŞ-ın Çində keçiriləcək yarışların diplomatik boykotu barədə məsələni müzakirə etdiyini bildirib. Bundan bir qədər sonra Ağ evin mətbuat katibi Cen Psaki Vaşinqtonun Pekində keçiriləcək Olimpiya Oyunlarını diplomatik boykot etmək barədə ideyanı müzakirə etməsinin Prezident C.Baydenlə Çin Sədri Si Cinpinin bu ərəfədə baş tutan onlayn sammiti ilə əlaqədar olmadığını deyib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]