YAPONİYA HƏRBÇİLƏRİNİN NARKOTİK QƏBUL EDİB-ETMƏDİYİ YOXLANILACAQ
Bu il Yaponiyanın hərbi dəniz qüvvələri, quru qoşunları və hərbi hava qüvvələrində 9 narkoman həbs edilmişdir. Hərbi dənizçilər arasında narkomanlıq daha çox yayılmışdır. Burada xeyli marixuana həvəskarı aşkar edilmişdir. Hərbi xidmətə yeni çağırılan şəxslər mütləq narkotik testdən keçirlər, lakin xidmət zamanı belə yoxlamalar aparılmır. 200 mindən artıq hərbçinin qulluq etdiyi Yaponiya silahlı qüvvələri könüllü müqavilə əsasında təşkil olunur.