Yaponiya hökuməti İmperator taxtının vəliəhdinin elan olunması mərasimini təxirə salıb
Tokio, 10 aprel, AZƏRTAC
Yaponiya hökuməti şahzadə Akişinonun apreldə keçirilməsi planlaşdırılan taxtın vəliəhdi elan olunması mərasiminin təxirə salınması barədə qərar qəbul edib.
AZƏRTAC Yaponiya Nazirlər Kabinetinə istinadla xəbər verir ki, bu münasibətlə iki mərasim aprelin 19-da Tokiodakı İmperator sarayında baş tutmalı idi. Lakin koronavirus pandemiyası ilə əlaqədar cari həftənin əvvəllərində ölkədə fövqəladə vəziyyət rejimi elan olunduğuna görə hökumət həmin mərasimlərin tarixini dəyişmək və ya onları təxirə salmaq üzərində düşünür.
Bu ərəfədə hökumət həmin mərasimlər zamanı qonaqların sayını azaltmağı və bu münasibətlə təşkil olunacaq ziyafəti ləğv etməyi nəzərdə tuturdu.
Bildirilir ki, hökumət məsələ ilə bağlı son qərar qəbul etməzdən əvvəl ümumi vəziyyəti bir daha qiymətləndirməyi planlaşdırır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [18:49]
Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib
- 13.10.2026 [18:42]
Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb
- 13.10.2026 [18:37]
ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib
- 13.10.2026 [18:04]
Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir
- 13.10.2026 [17:37]
Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA
- 13.10.2026 [17:14]