YAPONİYA SƏFİRLİYİNİN MƏKTƏBƏ KÖMƏYİ
Yaponiya səfirliyinin məktəb üçün aldığı musiqi alətləri, radio qovşağı və Təhsil Nazirliyinin cari dərs ilində məktəbə hədiyyə etdiyi kompüterlərin təqdimatı keçirilmişdir. Məktəbin direktoru professor Nigar Cərullaqızı Yaponiya səfirliyinin hədiyyəsinə görə kollektiv adından təşəkkür etmişdir. Səfir Tadahiro Abe dəvətə görə məktəb kollektivinə minnətdarlığını bildirmiş, ölkəsinin təhsil və tədris işində Azərbaycan məktəblərinə həmişə kömək göstərəcəyini və bu əlaqələrin daha da genişlənəcəyinə əmin olduğunu söyləmişdir.
Təhsil naziri, professor M.Mərdanov məktəb kollektivinin şagirdlərlə iş sistemini yüksək qiymətləndirmiş, dostluq münasibətlərinə görə yapon xalqına təşəkkürünü bildirmişdir.
Mərasimin sonunda məktəbin şagirdləri konsert proqramı ilə çıxış etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:17]
Parisdə Azərbaycan-UNESCO tərəfdaşlığının prioritetləri müəyyənləşdirilib
- 16.06.2026 [18:20]
Muğam Mərkəzində “Turandan gələn səda”
- 16.06.2026 [17:10]
Bakıda “Keçmişdən gələcəyə – ənənəvi izlər” adlı sərgi açılıb
- 16.06.2026 [16:08]