YAPONİYA ŞİRKƏTLƏRİ İLƏ RAZILAŞMA ƏLDƏ EDİLMİŞDİR
Sammitin əsas təşkilatçılarından biri olan dünya şöhrətli İntel Korporasiyasının Azərbaycandakı nümayəndəliyinin - Ultra şirkətinin baş direktoru Tahir Mirkişili AZƏRTAC-ın müxbirinə demişdir ki, tədbir çərçivəsində Yaponiyanın Panasonic və Sharp şirkətləri ilə danışıqlar aparılmış, noutbuklar istehsalında bu şirkətlərin texnologiyalarından faydalanmaq imkanları barədə ilkin razılaşma əldə edilmişdir.