Yaponiyada dörd nazir istefaya göndərilib
Bakı, 14 dekabr, AZƏRTAC
Yaponiyanın Baş naziri Fumio Kişida ölkənin hakim Liberal Demokratik Partiyasının ən böyük fraksiyasında vəsait yığımı və rüşvətlə bağlı siyasi qalmaqal səbəbindən Nazirlər Kabinetinin dörd üzvünü istefaya göndərib.
AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, vəzifədən uzaqlaşdırılan nazirlər, o cümlədən hökumətin Baş katibi Hirokadzu Matsuno mərhum sabiq Baş nazir Sindzo Abenin fraksiyasının üzvləridir. Fumio Kişida onların istefa ərizəsini qəbul edib.
Hirokadzu Matsunodan başqa, iqtisadiyyat, ticarət və sənaye naziri Yasutosi Nisimura, ümummilli işlər və kommunikasiyalar naziri Dzyundzi Sudzuki, kənd meşə təsərrüfatı və balıqçılıq naziri İtiro Miyasita istefa verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [13:10]
Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?
- 07.10.2026 [13:01]
Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir
- 07.10.2026 [12:33]
ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb
- 07.10.2026 [12:26]
Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb
- 07.10.2026 [12:05]
Fransada qadınlara çağırış edildi: Oktyabrın 13-də iş dayandırılır
- 07.10.2026 [12:00]