YAPONİYADA GÜCLÜ QAR PROBLEMLƏR YARADIR
Baş polis idarəsinin məlumatına görə, Yaponiya dənizi sahilindəki Niiqata prefekturasında qar örtüyünün qalınlığı təxminən 4 metrə çatmışdır. Yaponiya müdafiə qüvvələrinin bölmələri qar yığınını təmizləmək üçün hərbi mühəndis texnikasından istifadə edirlər. Bir sıra uzaq evlərin sakinlərini vertolyotlarla köçürmək lazım gəlir. Lakin pis hava şəraiti üzündən bəzən uçuş da mümkün olmur.
Milli Müdafiə İdarəsi zərər çəkmiş rayonlara əlavə qüvvələr göndərmək niyyətindədir. Yaponiya Baş nazirinin dəftərxanasından bildirmişlər ki, güclü qar yağması üzündən ölkənin 15 prefekturasında 72 adam həlak olmuş, 800-dən çox sakin xəstəxanaya qoyulmuşdur. Qar örtüyünün ağırlığından 600-dən çox tikili dağılmışdır.
Yaponiya Baş Meteorologiya İdarəsinin məlumatına görə, yanvarın 16-dan qar yağması səngiyəcək, bəzi kiçik şəhərlərdə elan edilmiş fövqəladə vəziyyət ləğv olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [16:44]
Qara dənizdə PUA ilə vurulan gəmidə 10 nəfər itkin düşüb
- 08.10.2026 [16:36]
BƏƏ Qəzzada 600 min insanın su təminatına dəstək olub
- 08.10.2026 [16:30]
Mərakeşdə Fəs Sufi Mədəniyyəti Festivalı təşkil olunacaq
- 08.10.2026 [15:31]
Mərakeşdə VIII Beynəlxalq Aviasiya Sərgisi keçirilir
- 08.10.2026 [15:06]
Rusiya ordusu Kramatorskda avtobusu vurub: 33 nəfər həlak olub
- 08.10.2026 [15:01]