Yaponiyada güclü zəlzələ baş verib, sunami təhlükəsi elan edilib
Bakı, 5 oktyabr, AZƏRTAC
Yaponiyanın cənub-şərqində Sakit okeanın İzu arxipelaqının cənubunda 6,6 bal gücündə zəlzələ baş verib, sunami təhlükəsi elan edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.
“6,6 bal gücündə zəlzələnin episentri Torişima adası yaxınlığında baş verib. Yaponiya Meteorologiya İdarəsi İzu arxipelaqı üçün sunami xəbərdarlığı elan edib”, - deyə telekanal bildirib.
Zəlzələnin saat 11:00-da (Bakı vaxtı ilə saat 06:00) baş verdiyi, episentrinin 10 kilometr dərinlikdə yerləşdiyi bildirilir.
Gözlənilən sunami dalğasının hündürlüyü bir metrə qədərdir və o, yaxın saatlarda ərzində İzu adalarına yaxınlaşacaq.
Hakimiyyət insanları sahildən uzaq durmağa çağırıb.
İzu arxipelaqının əhalisi təxminən 25 min nəfərdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [18:08]
Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb
- 02.10.2026 [17:48]
Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq
- 02.10.2026 [16:46]
Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb
- 02.10.2026 [16:34]
Yəməndə aclıq səviyyəsi sürətlə artır
- 02.10.2026 [15:40]
Somali sahillərində Pakistanın 4 dənizçisi piratlardan xilas edilib
- 02.10.2026 [15:17]
Rusiya neft emalı zavodlarının modernləşdirilməsini təxirə sala bilər
- 02.10.2026 [15:15]
İran İraqdan uçuş məhdudiyyətlərinin aradan qaldırılmasını istəyib
- 02.10.2026 [15:08]
Ukraynalı ekspert: Rusiya döyüş taktikasını dəyişib VİDEO
- 02.10.2026 [14:43]