YAPONİYADA KOİDZUMİNİN VARİSİ SEÇİLMİŞDİR
AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı məlumata görə, Yaponiya hökumətinin rəsmi nümayəndəsi vəzifəsini tutan Sindzo Abe hakim Liberal-Demokrat Partiyasının lideri seçilmişdir. O, partiyanın sədri vəzifəsində hazırkı Baş nazir, lakin 5 illik fəaliyyətindən sonra sentyabrın 30-da istefaya getməyə hazırlaşan Dzünitiro Koidzumini əvəz edəcəkdir. Gələn həftə onun yeni Baş nazir seçiləcəyi gözlənilir, çünki lideri seçildiyi partiya Yaponiya parlamentinə nəzarət edir.
Seçicilərin dəstəklədikləri 51 yaşlı Abe xarici siyasətin “quzğunu” sayılır. Abenin namizədliyinə seçkilərdə iştirak edən 703 adamdan 464-ü səs vermişdir. O, siyasətçilər nəslinin nümayəndəsidir: vaxtilə atası Yaponiyanın xarici işlər naziri işləmiş, babası isə hökumətə başçılıq etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [15:12]
İraq Yaxın Şərqdə müharibə səbəbindən 60 milyard dollar itirib
- 16.10.2026 [15:12]