Yaponiyada pilotlu uçan avtomobilin sınaqları keçirilib
Bakı, 31 avqust, AZƏRTAC
Yaponiyada “SkyDrive” şirkətinin hazırladığı göyərtəsində pilotun olduğu uçan avtomobilin uğurlu sınaqları keçirilib.
AZƏRTAC xarici saytlara istinadən xəbər verir ki, layihə rəhbəri Tomoxiro Fukudzavanın sözlərinə görə, havada 5-10 dəqiqə ərzində qalan avtomobil testlər zamanı səmada 4 dəqiqə keçirib. Sınaq yeri xüsusi torla əhatəyə alınıb.
Məlumata görə, “SD-03” uçan avtomobilinin hərəkət sürəti saatda bir neçə kilometr təşkil edir. Tərtibatçılar onun sürətini və uçuş vaxtını artırmağa çalışırlar. Layihə rəhbəri ümid edir ki, avtomobilin 2023-cü ildə seriyalı istehsalına başlanılacaq. Lakin əvvəlcə təhlükəsizliklə bağlı problemlər həllini tapmalıdır.
“SkyDrive” şirkətinin layihəsi uçan avtomobillərin istehsalı ilə əlaqədar bütün layihələr arasında ən uğurlusudur. Gələcəkdə insanlar belə avtomobilləri pilot lisenziyasına malik olmadan idarə edə biləcəklər. Aparatın enməsi və startı üçün xüsusi meydançalar tələb olunmur. Uçan avtomobillər aeroportlarda tıxacla bağlı problemləri aradan qaldırmağa kömək edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [14:44]
Peskov: Putinin G20 sammitində iştirakı ilə bağlı qərar hələ verilməyib
- 24.09.2026 [14:20]
“Səma altında ən gözəl mənzərə” - Sarı Durna qülləsindən FOTOREPORTAJ
- 24.09.2026 [14:13]
Kreml: Paşinyanın Moskvaya səfərinin tarixi hələ razılaşdırılmayıb
- 24.09.2026 [14:09]
Ukrayna Prezidenti Nyu-Yorkda NATO-nun Baş katibi ilə görüşüb
- 24.09.2026 [13:48]
Avropa iqlim dəyişikliyinə uyğunlaşmaya 500 milyard avro xərcləyəcək
- 24.09.2026 [13:20]
Bolqarıstan neft məhsullarının ixrac məhdudiyyətlərini ləğv edib
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]