Yaponiyada təhsil almış cüdo mütəxəssislərinin Qubada seminarı təşkil olunub
Bakı, 24 iyul, AZƏRTAC
Yaponiyada təhsil almış cüdo mütəxəssislərinin Qubada region məşqçiləri üçün seminarı təşkil olunub.
Azərbaycan Cüdo Federasiyasından AZƏRTAC-a bildirilib ki, seminara yerli mütəxəssislər Orxan Səfərov, Asiman Allahverdiyev və yunanıstanlı ekspert Corc Buntakis rəhbərlik edib.
Praktiki sessiyalara yeniyetmə oğlanlardan ibarət yığmanın məşqçisi Kotaro Sasaki də qatılıb.