MƏDƏNİYYƏT
“YARAT Freestyle” layihəsi çərçivəsində növbəti konsert - “Musiqinin sehri”
Bakı, 15 aprel, AZƏRTAC
Aprelin 19-da “YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə Azərbaycan Rəngkarlığı Muzeyində konsert proqramı təqdim olunacaq.
AZƏRTAC xəbər verir ki, “YARAT Freestyle” layihəsi çərçivəsində reallaşacaq “Musiqinin sehri” adlı konsertə hər kəs qatıla bilər. Konsertdə bəstəkar, beynəlxalq müsabiqələr laureatı Lalə Cəfərovanın əsərləri müxtəlif musiqi alətlərində (saksofon, tar, fleyta, tar, fortepiano, truba, zərb alətləri) səslənəcək. Qonaqlar əvvəlcə Azərbaycan Rəngkarlığı Muzeyində yeni açılmış Azərbaycanın görkəmli rəssamlarından biri olan Əşrəf Muradın “Sevgi və etiraz” adlı retrospektiv sərgisi ilə də tanış ola biləcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]