Yardımlı polisi Ramazan bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı paylayıb
Yardımlı, 25 may, Bağır Əliyev, AZƏRTAC
Ramazan bayramı münasibətilə Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində yaşayan aztəminatlı ailələrə bayram sovqatı paylanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, polis əməkdaşları aztəminatlı ailələri ziyarət edib, onları bayram münasibətilə təbrik edərək müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatını onlara yaşadıqları ünvanlarda çatdırıblar.
Bununla yanaşı, yaşlı və səhhətində problemlər olan bir neçə sakinə isə dərman və digər tibbi ləvazimatlar verilib.
Bu təşəbbüsü minnətdarlıq hissi ilə qarşılayan sakinlər göstərilən diqqət və qayğıya polis əməkdaşlarına minnətdarlıqlarını bildiriblər.