YASAMAL RAYONUNDA STADİON İSTİFADƏYƏ VERİLMİŞDİR
“İnter” Peşəkar İdman Klubundan AZƏRTAC-a bildirmişlər ki, iyunun 4-də Yasamal rayonunda məhəllə stadionunun açılış mərasimi keçirilmişdir.
Yasamal rayon gənclər və idman idarəsinin rəisi İlham Səfərov mərasim iştirakçılarını salamlayaraq, stadionun bərpasında göstərdiyi köməyə görə “İnter” Peşəkar İdman Klubunun prezidenti Georgi Nikolova təşəkkür etmişdir.
Mərasimdə çıxış edən Yasamal rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev yeni stadionun ərazidə yaşayan uşaqların asudə vaxtlarının səmərəli keçməsində mühüm rol oynayacağını vurğulamışdır. İcra başçısı bu cür xeyirxah işə görə “İnter” PİK-in rəhbərliyinə minnətdarlığını bildirmişdir.
Bakı şəhər gənclər və idman baş idarəsinin rəisi Raqif Abbasov stadionun istifadəyə verilməsini yüksək qiymətləndirmişdir. R.Abbasov belə tədbirlərin uşaqların futbola daha çox cəlb olunmasına kömək edəcəyini vurğulamışdır.
“İnter” PİK-in prezidenti Georgi Nikolov mərasim iştirakçılarını təbrik edərək, stadionun inşasını rəhbərlik etdiyi klubun bir layihə olduğunu bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [13:07]
Azərbaycanlı voleybolçular Serbiyada təlim-məşq toplanışı keçəcəklər
- 10.06.2026 [12:50]
“Şəfa” klubu növbəti transferini reallaşdırıb
- 10.06.2026 [12:43]
“Qəbələ” afrikalı futbolçu ilə vidalaşıb
- 10.06.2026 [10:51]
Norveç millisi dünya çempionatına 300 kiloqram balıq aparacaq
- 10.06.2026 [02:32]