Yasamal rayonunda tavanın uçması nəticəsində üç nəfərin xəsarət alması faktı üzrə araşdırma aparılır
Bakı, 19 yanvar, AZƏRTAC
Yanvarın 19-da saat 13 radələrində Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində yerləşən mərasim evinin 2 mərtəbə arasındakı tavanının çökməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan, hüzr mərasimində iştirak edən 3 nəfər - 1949-cu il təvəllüdlü Mustafayeva Fatma Xamoy qızı, 1955-ci il təvəllüdlü Mirzəyeva Rahilə Xamoy qızı və 1958-ci il təvəllüdlü Rüstəmova Rəna Xamoy qızına ilkin tibbi yardım göstərilərək xəstəxanaya yerləşdirilib.
Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Hazırda hadisə yeri prokurorluq əməkdaşları tərəfindən müayinə olunur.
Fakt üzrə Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [19:32]
Fındıq istehsalçıları və ixracatçıları ilə görüş olub
- 09.10.2026 [18:51]
Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO
- 09.10.2026 [18:21]
Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO
- 09.10.2026 [18:13]