“Yaşıl dünya naminə həmrəylik ili”: Biləsuvarda 10 min ağac əkiləcək
Biləsuvar, 18 oktyabr, İlkin Adıyev, AZƏRTAC
Biləsuvar rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində genişmiqyaslı ağacəkmə aksiyasına start verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya 10 gün davam edəcək və rayonun müxtəlif ərazilərində, eləcə də magistral yolların kənarlarında, ümumilikdə, 10 min ədəd müxtəlif növ ağacın əkilməsi planlaşdırılıb.
Aksiyada torpaq-iqlim şəraitinə uyğun olaraq Xan çinarı, zeytun, oleandr, Eldar şamı və meyvə ağacları əkiləcək.