Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Yaşıl dünyamızı qoruyaq” – konfrans

Bakı, 2 mart, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti və Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) birgə təşkilatçılığı ilə “Yaşıl dünyamızı qoruyaq” mövzusunda konfrans keçirilib.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, konfransı AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq tədbirin ölkə rəhbərinin “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında” Sərəncamına əsasən keçirildiyini diqqətə çatdırıb. O, sözügedən Sərəncamla bağlı AMEA-da Tədbirlər planının hazırlandığını və bugünkü konfransın “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində akademiya tərəfindən təşkil edilmiş ilk tədbir olduğunu bildirib.

AMEA rəhbəri cari ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin respublikamızda “yaşıl” iqtisadiyyatın, “yaşıl” enerjinin, “yaşıl” texnologiyaların, geniş mənada “yaşıl” dünyanın inkişafına hesablanmış strateji addım olduğunu söyləyib. O, qlobal ekoloji problemlərlə qarşılaşan müasir dünyamızda yeni, ekoloji cəhətdən təmiz enerji mənbələrinin tətbiqinin əhəmiyyətini önə çəkib. Qeyd edib ki, artıq bir sıra dünya ölkələri enerji təhlükəsizliyinin təmin edilməsi və bərpaolunan alternativ enerji mənbələrinin mənimsənilməsi məsələsini özünün prioritet vəzifəsi sayır.

Hazırda bütün dünyada ekoloji problemlərin qarşısının alınmasının qlobal çağırış olduğunu deyən AMEA prezidenti Azərbaycanın da bu istiqamətdə çağırışlara qoşulan ölkələr sırasında olduğunu bildirib.

Akademik İsa Həbibbəyli “yaşıl enerji”yə olan tələbatın siyasi, iqtisadi, sosial və ekoloji aspektlərinin dünya reallığını və dünya elmini düşündürən əsas məsələlərdən olduğunu vurğulayıb. Alim bütün dövlətlər qarşısında reallıq olan iqlim dəyişikliyi məsələsində beynəlxalq ictimaiyyətin, dünya ölkələrinin üzərinə böyük məsuliyyət düşdüyünü söyləyib. O, iqlim dəyişikliyi ilə bağlı dünyanın ən irimiqyaslı tədbirlərindən biri hesab olunan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un bu il Azərbaycanda keçirilməsini tarixi hadisə kimi dəyərləndirib. Bildirib ki, COP29-un Azərbaycanda keçirilməsinə dünya dövlətlərinin yekdilliklə razılıq verməsi ölkəmizin beynəlxalq nüfuzunun əyani göstəricisi, dövlətimizin siyasi və iqtisadi qüdrətinin möhkəmlənməsinin işarəsidir. AMEA rəhbəri Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində Azərbaycanın dünya miqyasında güclü, sabit, sülhsevər ölkə kimi tanındığını qeyd edib. Vurğulayıb ki, 44 günlük müharibədə qazanılan Zəfər, ərazi bütövlüyümüzün və tarixi ədalətin bərpası, suverenliyimizin tam təmin olunması, eləcə də Azərbaycanın bütün sahələrdə qazandığı nailiyyətlər beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir.

Ölkəmizin bir sıra beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etdiyini xatırladan akademik İsa Həbibbəyli Azərbaycanın COP29-un da öhdəsindən layiqincə gələcəyinə inamını ifadə edib. O, bu tədbirin ölkəmizin beynəlxalq imicinin daha da artmasına mühüm töhfə verməklə yanaşı, sivil dünyanın ayrılmaz hissəsi kimi Azərbaycanın bəşəri dəyərlərə malik olduğunu bir daha nümayiş etdirəcəyini deyib.

AMEA prezidenti iqlim dəyişiklikləri, alternativ enerji və “yaşıl” dünya ilə bağlı məsələləri elmi və əsaslandırılmış şəkildə müzakirə edərək dünyaya çatdırmağın COP29-un əsas vəzifəsi olduğunu bildirib. Alim bu istiqamətdə alimlərin üzərinə düşən mühüm vəzifələrdən söz açıb, elm adamlarını bu mötəbər tədbirin elmi sessiyalarında fəal iştiraka çağırıb. Akademik İsa Həbibbəyli bugünkü konfransda dinləniləcək məruzələrin COP29-un proqramına daxil olacağına əminliyini söyləyib.

Sonra Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü İltizam Yusifov çıxış edərək 2023-cü ilin ölkəmiz üçün tarixi hadisələrlə yadda qaldığını vurğulayıb. O, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ötən ilin Azərbaycanda “Heydər Əliyev İli” elan olunduğunu, ölkəmizin ərazi bütövlüyünün və suverenliyimizin tam bərpa edildiyini xatırladıb. Deputat İltizam Yusifov Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu “Əsrin müqaviləsi”nin ötən il sentyabrın 20-də Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən birgünlük antiterror tədbirləri nəticəsində “Əsrin qələbəsi”nə çevrildiyini qeyd edib.

Qədim dövrlərdən Azərbaycanın neft diyarı kimi tanındığını deyən İltizam Yusifov dünyada ilk dəfə olaraq, Bibiheybət neft yatağında yerləşən quyudan sənaye üsulu ilə neft çıxarıldığını diqqətə çatdırıb. O, Azərbaycanın ənənəvi enerji mənbələrinə sahib olduğunu, “əbədi məşəl”lərdən biri sayılan Yanardağın da ölkəmizdə olduğunu bildirib.

Deputat qeyd edib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra ekologiya və ətraf mühitin qorunması sahəsində Milli Məclis tərəfindən 20-dən çox qanun, normativ hüquqi sənədlər qəbul edilib. Azərbaycan 10-dan çox beynəlxalq konvensiyaların iştirakçısı olub. Həmçinin bu yaxınlarda “Alternativ xidmət haqqında” Qanunun hazırlanması və qəbul edilməsi təklif olunub.

“İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunub”, - deyən deputat Qarabağ zonasında 50-yə yaxın kiçik su elektrik stansiyalarının tikintisinin nəzərdə tutulduğunu bildirib.

O, həmçinin Hacıqabul gölünün mövcud vəziyyəti və bərpası istiqamətində Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvlərindən ibarət komissiyanın yaradıldığını və Hacıqabul gölünün bərpası ilə bağlı təkliflərin artıq hökumətə təqdim edildiyini söyləyib.

İltizam Yusifov vurğulayıb ki, qlobal iqlim dəyişikliyi ilə mübarizədə xüsusi fəallığı ilə seçilən Azərbaycan dünyanın prioritet elan etdiyi “yaşıl keçid” platformasının da əsas iştirakçılarındandır. COP29-un Bakıda keçirilməsinə dair qərar son illər iqlim problemləri ilə qlobal mübarizənin ön sıralarında olan ölkəmizin bu sahədə göstərdiyi uğurlu fəaliyyətinə verilən beynəlxalq qiymətin təzahürüdür. O, bu beynəlxalq tədbiri də layiqli şəkildə başa vuracağımıza və Azərbaycanı dünyaya yeni formatda təqdim edəcəyimizə əminliyini ifadə edib.

Daha sonra çıxış edən AMEA-nın vitse-prezidenti, MBBİ-nin direktoru akademik İradə Hüseynova “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ilk tədbirin institutda keçirilməsinin təsadüfi olmadığını, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yaradıcısı, fotosintez tədqiqatları sahəsində dünyanın aparıcı alimlərindən olmuş akademik Cəlal Əliyevin yaşıl dünyanın qoruyucularından biri olduğunu və həyatını bu elm sahəsinə həsr etdiyini bildirib.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan təbiətinin mühafizəsinə xüsusi önəm verdiyini söyləyən akademik İradə Hüseynova 1970-ci illərin əvvəllərindən başlayaraq onun məqsədyönlü siyasəti sayəsində ölkəmizdə bioloji ehtiyatların qorunub-saxlanılması, nəsli kəsilmək təhlükəsi altında olan növlərin bərpası, areallarının genişləndirilməsi istiqamətində mühüm işlər görüldüyünü diqqətə çatdırıb.

Vitse-prezident qeyd edib ki, Azərbaycan müstəqillik qazanandan sonra Ulu Öndər Heydər Əliyev ətraf mühitin və ekologiyanın mühafizəsi sahəsində dövlət siyasətinin əsaslarını formalaşdırıb, Azərbaycan ətraf mühitlə bağlı çoxsaylı beynəlxalq konvensiya və sazişlərə qoşulub, Bakı və Abşeronun yaşıllaşdırılmasına, pozulmuş ekoloji tarazlığın bərpasına diqqət artırılıb. Akademik İradə Hüseynova Ulu Öndərin yaşıl dünya ilə bağlı siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, ölkə başçısının rəhbərliyi ilə Azərbaycanda ətraf mühitin, biomüxtəlifliyin qorunub saxlanması istiqamətində müxtəlif tədbirlərin həyata keçirildiyini bildirib.

2010-cu ilin ölkəmizdə “Ekologiya ili” elan olunduğunu xatırladan vitse-prezident əlavə edib ki, Heydər Əliyev Fondunun ekologiyanın, ətraf mühitin qorunmasına xidmət edən “Hərəmiz bir ağac əkək” layihəsi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü, Ulu Öndərin 100 illik yubileyi münasibətilə ölkə üzrə çoxsaylı ağac əkilmə kampaniyaları ekologiyanın sağlamlaşması istiqamətində görülən işlərə nümunələrdir.

Akademik İradə Hüseynova vurğulayıb ki, 30 ilə yaxın ekoloji terrora məruz qalmış və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş torpaqların, qoruq və yasaqlıqların, təbii sərvətlərimizin, o cümlədən meşə resurslarının bərpası dövrümüzün ən böyük çağırışıdır: “Azad edilmiş ərazilərin yenidən qurulmasında, Böyük Qayıdışda, həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ekoloji tələblərin nəzərə alınması, ətraf mühitin qorunması prioritetdir”.

Tədbirdə Botanika İnstitutunun direktoru professor Səyyarə İbadullayevanın “Bitki örtüyünün dayanıqlılığının təmin edilməsi yolları: nadir və itmək təhlükəsində olan növlərin mühafizəsi”, Folklor İnstitutunun aparıcı elmi işçisi Elçin Qaliboğlunun “Azərbaycan folklorunda insan-təbiət münasibətləri”, MBBİ-nin laboratoriya müdiri Yaşar Feyziyevin “Fotosintez və yaşıl dünya”, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xidmət rəisinin müavini Arzu Babayevanın “Azərbaycan Respublikasının qorunan təbiət əraziləri” və BDU-nun Botanika və bitki fiziologiyası kafedrasının dosenti Zülfiyyə Məmmədovanın “Azərbaycan ərazilərinin yaşıllaşdırılmasında ekoloji stresslərə davamlı ağac və kol bitkiləri” mövzusunda məruzələri dinlənilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub