Yaşıl enerjinin inkişafı və ötürülməsi üzrə nazirlərin növbəti iclası keçiriləcək
Bakı, 20 noyabr, AZƏRTAC
Noyabrın 21-də Macarıstanın Budapeşt şəhərində “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə nazirlərin 5-ci iclası keçiriləcək.
AZƏRTAC Energetika Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, Azərbaycanı tədbirdə nazir Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.
İclasda nazirlərin 4-cü iclasında qəbul olunmuş məsələlər üzrə görülən işlər, layihənin texniki-iqtisadi əsaslandırılmasının hazırlanması istiqamətində yerinə yetirilən tədbirlərin cari vəziyyəti və layihə üzrə qarşıda duran vəzifələrin müzakirəsi nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [17:59]
Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar
- 05.10.2026 [16:51]
Sentyabrda Bakı metrosundan istifadə edənlərin sayı açıqlanıb
- 05.10.2026 [14:57]
“Aeroflot” Moskvadan Bakıya reyslərin sayını artıracaq
- 05.10.2026 [14:13]