YAXIN 2 GÜN ƏRZİNDƏ HAVANIN DƏYİŞKƏN BULUDLU, YAĞMURSUZ KEÇƏCƏYİ GÖZLƏNİLİR
Bakı, 26 may (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında mayın 27-də hava şəraitinin dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 17-19 dərəcə, gündüz 27-32 dərəcə təşkil edəcəkdir.
Mayın 28-də hava şəraitinin dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 18-20 dərəcə, gündüz 27-32 dərəcə olacaqdır.
Azərbaycanın rayonlarında mayın 27-28-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Havanın temperaturu gecə 15-20 dərəcə isti, gündüz 28-33 dərəcə, dağlarda gecə 10-13 dərəcə, gündüz 22-27 dərəcə isti təşkil edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]