Yaxın aylarda Ağdam şəhərinə ilk köçə başlanılacaq
Ağdam, 30 avqust, AZƏRTAC
Bu ilin payızında Ağdam şəhərinə ilk köçə başlanılacaq.
AZƏRTAC xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Bakı-Ağdam qatarının fəaliyyətə başlaması münasibətilə keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, Ağdam şəhərində bərpa işləri sürətlə davam edir: "Şəhərdə çox ciddi infrastruktur işləri həyata keçirilir. Ağdam şəhərinə bu il növbəti aylarda, payız aylarında ilk köçə başlanılacaq".
O vurğulayıb ki, gələn ilin sonuna qədər artıq Ağdam şəhərinin tarixi mədəni mərkəzi hissəsi tam bərpa olunacaq və əhalinin istifadəsinə veriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:43]
Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib
- 29.09.2026 [18:20]
“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO
- 29.09.2026 [17:43]
Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib
- 29.09.2026 [17:33]
İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub
- 29.09.2026 [17:08]
Azyaşlılar təhlükəsiz davranış qaydaları barədə maarifləndirilirlər
- 29.09.2026 [17:08]