Yaxın iki gün ərzində paytaxt havasında toz hissəciklərinin konsentrasiyası normadan çox olacaq
Bakı, 14 avqust, AZƏRTAC
Bu gün Bakı və Abşeron yarımadasının atmosfer havasında toz müşahidə olunur. Havada müşahidə olunan toz axını cənubdan hərəkət edən hava kütlələri vasitəsilə ölkə ərazisinə daxil olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, cənub istiqamətli küləyin yaxın iki gün ərzində, avqustun 15-16-da da davam edəcəyi, bununla əlaqədar toz hissəciklərinin konsentrasiyasının yol verilən qatılıq həddindən bir qədər çox olacağı gözlənilir.
Avqustun 16-sı axşam saatlarından etibarən cənub istiqamətli küləyin şimal istiqamətli küləklərlə əvəz olunması ilə əlaqədar toz hissəciklərinin konsentrasiyasında azalma müşahidə olunacağı proqnozlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 28.09.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 28 sentyabr
- 28.09.2026 [10:58]
Prezidentin Mətbuat Xidmətinin məlumatı
- 27.09.2026 [23:08]